İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - FOTO

"Şəhid ailələri və şəhidlərimizin əziz xatirəsi daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Konstitusiya və Suverenlik İli çərçivəsində, Vətən müharibəsinin beşinci ildönümü ərəfəsində Ali Baş Komandanımızın göstərişinə uyğun olaraq İkinci Fəxri və Şəhidlər xiyabanında genişmiqyaslı bərpa işləri həyata keçirilib".

 

Senzor.az bildirir ki, bu sözləri İkinci Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov deyib.

 

O qeyd edib ki, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı daxil olmaqla digər əməliyyatlarda, eləcə də helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, eyni zamanda, vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin və müxtəlif dövlət təltifləri ilə təltif olunmuş mülki şəxslərin uyuduğu bu ərazilərdə aparılan yenidənqurma işləri nəticəsində arada mövcud olan daş hasar aradan qaldırılıb: "Ali Baş Komandanımızın göstərişi ilə həyata keçirilən yenidənqurma işləri nəticəsində 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı, ümumilikdə 670 şəhidimizin uyuduğu bu ərazilərdə şəhid ailələrinin təklif və istəkləri nəzərə alınıb".

"Ərazidə Vətən müharibəsini simvolizə etdirən 44 metrlik monumental abidə ucaldılıb və hər bir günün məlumatlarını üzərində əks etdirən lövhələr ucaldılıb. Ərazidə aparılan yenidənqurma işləri nəticəsində bizim üçün müqəddəs olan bu ərazi xalqımızın milli-mənəvi dəyərlərini, eləcə də əziz şəhidlərimizin xatirəsini simvolizə edir.

 

İnanıram ki, bu əraziləri ziyarət edən hər bir vətəndaşımız şəhidlərimizin fədakarlığını hiss edəcək və bu böyük irsi daim qəlbində daşıyacaq.

 

Əlavə olaraq bildirim ki, Anım Günü ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin rəhbər heyəti ilk növbədə ulu öndərin məzarını, Şəhidlər xiyabanını və Zəfər kompleksini ziyarət edərək şəhidlərimizə hörmət və ehtiram göstərib. Bundan başqa, Azərbaycan Ordusunun hərbi qulluqçuları gün ərzində şəhid ailələri və Şəhidlər xiyabanını ziyarət edirlər, həmçinin hərbi hissələrdə və hərbi müəssisələrdə kompleks tədbirlər həyata keçirilir. Bununla yanaşı, şəxsi heyətlə maarifləndirici söhbətlər aparılacaq", - deyə MN rəsmisi əlavə edib.

 

Qeyd edək ki, MN-dən verilən məlumata görə, bundan sonra İkinci Şəhidlər xiyabanı Hərbi Memorial Məzarlıq adlanacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.