Azərbaycan vasitəsilə Gürcüstana 200 kq heroin keçirən İRANLI HƏBS OLUNDU

İrandan Azərbaycan vasitəsilə Gürcüstana yük maşınında 200 kiloqram heroin keçirmiş əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib.

 

Təqsirli bilinən İran vətəndaşının vəkili jurnalistlərə bildirib ki, müdafiə etdiyi şəxs özünü günahkar bilmir, belə ki, nə yük maşını, nə də yük ona aid olub.

 

İstintaqla yükün Bolqarıstana ixrac üçün nəzərdə tutulduğu müəyyən edilib.

 

Xatırladaq ki, külli miqdarda narkotik vasitə Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində balıq yemi ilə yüklənmiş yük maşınına keçirilmiş baxış zamanı 8 kisədə aşkarlanıb. Müsadirə edilmiş narkotik vasitənin “qara bazar”da dəyəri 50 milyon dollardan çoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.