Tbilisidə vətəndaşları itaətsizliyə çağıran MÜXALİFƏT LİDERİ SAXLANILIB

Tbilisi Şəhər Şurasında “Vahid Milli Hərəkat” partiyasının deputatı Zviad Kuprava saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə məlumat verilib.

 

DTX rəhbərinin birinci müavini Laşa Maqradze deyib ki, istintaq materiallarına görə, 2025-ci il sentyabrın 30-da Zviad Kuprava sosial şəbəkələrdə vətəndaşları oktyabrın 4-də keçiriləcək seçkiləri pozmağa və mövcud hakimiyyəti devirməyə çağıran video yayımlayıb.

 

“Çağırışlarının cinayət mahiyyətini ört-basdır etmək və müvafiq məsuliyyətdən yayınmaq üçün o, seçkiləri Rusiyanın xüsusi əməliyyatı, seçki məntəqəsini xüsusi əməliyyat yeri, hökuməti isə İvanişvili adlandırıb. Bu da təbii ki, Gürcüstan Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əməlin cinayət olduğunu istisna etmir”, - deyə Maqradze bildirib.

 

Onun sözlərinə görə, Z.Kuprava həbs olunarkən DTX nümayəndələrinə müqavimət göstərib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.