Ermənistan parlamenti Azərbaycanla sülhün bərqərar olması haqda
BƏYANAT LAYİHƏSİNİ QƏBUL EDİB

Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlan bəyanatda bu il 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır.

 

Parlament bu bəyanatla Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır.

 

Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, 8 avqustda Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb.

 

“Vətəndaş Müqaviləsi fraksiyası hesab edir ki, parlament bu faktı rəsmi şəkildə təsdiq etməli, bəyanat qəbul etməklə Ermənistan və Azərbaycan arasında bərpa olunmuş sülhü dəstəkləməli və bütün maraqlı tərəfləri bu sülhün möhkəmləndirilməsi və inkişafı üçün çağırmalıdır”, - o bildirib.

 

Qeyd edək ki, müxalifətçi deputatlar səs vermədə iştirak etməyərək zalı tərk ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.