ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr
YENƏ UĞURSUZ OLDU

ABŞ Senatında şatdaunu dayandırmaq üçün Respublikaçılar və Demokratlar partiyalarının təklif etdikləri layihələr üzrə hər iki səsvermə uğursuz olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əvvəlcə Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-nə kimi təmin edən layihəsi üzrə səsvermə keçirilib. Layihə 47 lehinə, 52 əleyhinə səs toplayıb. 

 

Daha sonra Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan layihəsi üzrə səsvermə baş tutub və 54 lehinə, 47 əleyhinə səslə 60 səs baryerini keçməyib.

 

Qeyd edək ki, ABŞ-da şatdaun oktyabrın 1-dən qüvvədədir.

 

Onu da xatırladaq ki, ABŞ qanunlarına görə, federal hökumətin maliyyələşdirilməsinin dondurulması zamanı milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan departamentlər və agentliklər öz fəaliyyətini davam etdirməlidir.

 

Oxşar tələblər, vəzifələri həyat və əmlakın qorunması ilə bağlı olan dövlət işçilərinə də aiddir. Amma bu şəraitdə işləməyə məcbur edilən dövlət işçiləri maaş almırlar, onlar adətən maliyyə dondurulması həll edildikdən sonra məvaciblə təmin olunurlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.