Rusiyada saxlanılan Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev azad edilib.
Bu barədə "Kommersant" mənbələrinə istinadən məlumat yayıb.
O daha əvvəl Rusiyada saxlanılmışdı.
Moskva Baş Prokurorluğu tərəfindən ona xüsusilə küllü məbləğdə dələduzluqla bağlı ittiham irəli sürülmüşdü.
İddia edilirdi ki, M.Ağayev icra edilmiş işlərə dair saxta hesabatlar əsasında digər iştirakçılarla birlikdə təxminən 20 milyon rubl mənimsəyib.