Putin Düşənbədə Paşinyanla bir məsələdə razılaşmadı
VİDEO

Düşənbədə MDB sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fikir ayrılığı yaranıb. 

 

Rusiya mediası xəbər verir ki, Putin iclas zamanı Paşinyana hazırda iki ölkə arasında ticarət dövriyyəsinin hansı həcmdə olması barədə sual ünvanlayıb.

 

Paşinyan isə cavabında Rusiya və Ermənistan arasında həmin rəqəmin 2025-ci ildə 4 milyard dollar, ötən il isə 9 milyard dollar olduğunu bildirib.

 

Putin isə bu fikirlə razılaşmayaraq göstəricilərin daha çox olduğunu qeyd edib: “Daha çox. Ötən il daha çox olub və bu il də çox olacaq. Bu, aydındır”.

 

Ermənistan Baş naziri bu irada sadəcə “Ola bilər” deyə cavab verib. 

 

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, 2024-cü ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 1,6 dəfə artıb və 12 milyard dollardan çox təşkil edib. 


Buna baxmayaraq, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sonradan İrəvanda jurnalistlərə bildirib ki, Nikol Paşinyan həmin anda “Ermənistanın Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinad edib və bu, tamamilə doğrudur”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.