Rusiya ilə Azərbaycanın dövlətlərarası münasibətlərində heç bir böhran olmayıb.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirdiyi mətbuat konfransında deyib.
O, son bir ildə baş verənləri “emosional böhran” kimi qiymətləndirib.
Putin AZAL təyyarəsinin qəzaya uğramasından danışarkən bildirib: “Deməzdim ki, dövlətlərarası münasibətlərdə hansısa böhran yaşadıq. Deyərdim ki, bu, emosiyonal böhranı idi. Bunu sakit şəkildə həll etmək lazım idi. Mən çox ümid edirəm ki, biz bu səhifəni bağlamışıq və heç bir problem olmadan əlaqələrimizi inkişaf etdirərək irəli gedəcəyik”.