Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.
Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edilib ki, Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar S.Əliyevanın sabah 70 illik yubileyidir. O, eyni zamanda SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının fəxri prezidenti, “Space” Televiziyasının qurucusudur.