DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyun üçün Polşaya yollanan Azərbaycan milli komandasının baqajı itib.
Senzor.az bildirir ki, bu barədə polşalı jurnalist Pyotr Slonka məlumat yayıb.
Məlumata görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Polşanın Krakov şəhərinə baqajsız çatıb. Bu səbəbdən komanda məşq prosesinə vaxtında başlaya bilməyib.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də Ukraynaya qarşı keçirəcək. Hazırda Azərbaycan 3 oyundan 1 xal toplayaraq D qrupunda sonuncu – 4-cü yerdə, Ukrayna isə 4 xalla 2-ci pillədə qərarlaşıb.