Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskini sülh sazişini dayandırmaqda ittiham edib və Ukraynanın bir dövlət kimi yoxa çıxa biləcəyini deyib.
Lukaşenko bu barədə rus jurnalist Pavel Zarubinə müashibəsində danışıb.
“Problem müharibənin başa çatmasını istəyən Amerika Birləşmiş Ştatlarında, ya da irəliləməyə hazır olan Rusiyada və ya Avropa liderlərində deyil, daha çox Volodimir Aleksandroviç Zelenskidədir”, - Lukaşenko bildirib.
O hesab edir ki, güclü təzyiq olarsa, Zelenski uyğun qərarlar qəbul edəcək: "Amma biz təcili hərəkətə keçməliyik, çünki nə olursa olsun, Rusiya cəbhə xəttində irəliləyir. Mən bunu məsuliyyətlə deyirəm, faktiki olaraq hər gün bunun şahidi oluram. Bu, Ukraynanın bir dövlət kimi yoxa çıxmasına səbəb ola bilər".