ABŞ lideri Donald Tramp İsrail Prezidenti İsaak Hersoqdan Baş nazir Benyamin Netanyahunu əfv etməsini xahiş edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu təşəbbüslə İsrail parlamentində çıxış edib.
Tramp Netanyahunu ən yaxşı müharibə dövrü lideri adlandırıb.
ABŞ lideri qeyd edib ki, bu təklif onun əvvəlcədən hazırlanan nitqində yer olmayıb.
Qeyd edək ki, B.Netanyahu ölkəsində üç korrupsiya işində ittiham olunur. Bunlar arasında təqribən 213 min dollar dəyərində qanunsuz hədiyyələr qəbul etmək də var. Təl-Əviv və Yerusəlimdə məhkəmə prosesləri 2020-ci ildən davam edir. Netanyahu isə özünü həmin işlər üzrə təqsirli bilmir.