Qəzza sektorunda vəziyyətin nizamlanması Donald Trampın “Sülh Prezidenti” olduğunu dünyaya nümayiş etdirdi.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu fikri ABŞ-ın müharibə naziri Pit Heqset səsləndirib.
“Dünya gördü ki, bizim prezidentimiz sülhə can atan, ABŞ-ın yanında olanları dəstəkləyən “Sülh Prezidentidir”, - deyə Pentaqon rəhbəri vurğulayıb.
O, həmçinin ABŞ liderinin Ukrayna münaqişəsində də analoji nəticə əldə edəcəyinə ümid etdiyini bildirib.
Heqset bəyan edib ki, ABŞ digər NATO ölkələrinin Ukrayna üçün silah alınmasına xərclərini artıracaqlarını gözləyir.