Əkrəm İmamoğlu barəsindəki "Təhqir işi"nə xitam verildi
VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barəsində prokurorlara ünvanladığı ifadələrə görə açılan “təhqir işi"nə məhkəmə başlamadan xitam verilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İmamoğlunun vəkilləri vasitəsilə zərərin ödənilməsi ilə işə xitam verilib.

 

İttihama əsasən, İmamoğlu 23 mart tarixində məhkəmədə verdiyi ifadə zamanı prokurorlara qarşı söylədiyi sözlərə görə “vəzifəli şəxsə vəzifəsindən dolayı ictimai şəkildə təhqir” maddəsi ilə 4 il 1 ayadək həbs və siyasi qadağa tələbi ilə mühakimə olunmalı idi. Onun 22 oktyabrda hakim qarşısına çıxırılacağı planlaşdırılırdı.

 

Lakin məhkəmə qərarında bildirilib ki, Türkiyə Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə İmamoğlu barəsindəki ittiham cəzanın məhkəməyə çıxmadan müəyyən məbləğin ödənilməsi ilə bağlanması proseduruna daxildir. İmamoğlu müəyyən olunan məbləği vaxtında ödədiyi üçün məhkəmə işə xitam verib.

 

Qərarda tərəflərin iki həftə ərzində İstanbul Apellyasiya Məhkəməsinə şikayət vermək hüququnun olduğu da qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.