İrəvanın Azadlıq meydanında biznesmen Samvel Karapetyanın azadlığa buraxılması tələbi ilə "Öz yolu ilə" hərəkatının mitinqi keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iş adamının oktyabrın 16-da həbs müddətinin uzadılması, həmçinin Araqatsotn yeparxiyasının ruhanilərinin kütləvi şəkildə saxlanması fonunda başlayıb.
Mitinqdə müxtəlif siyasi və ictimai xadimlərlə yanaşı, din xadimləri də iştirak edirlər. Etirazlara "Müqəddəs mübarizə" hərəkatının tərəfdarları və onun lideri arxiyepiskop Baqrat Qalstanyan da qoşulublar.