Avropanın 20 dövləti Əfqanıstana deportasiyaların artırılmasını tələb edir - VİDEO

Avropanın 20 dövləti Avropa İttifaqının (Aİ) Miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunnerə müraciət edərək Komissiyadan ölkədə qalmaq hüququ olmayan əfqan vətəndaşlarının geri qaytarılması üçün daha geniş imkanların yaradılmasını tələb edib.

 

Senzor.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, sənədi imzalayanlar arasında Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt də var.

 

Məktubda bildirilib ki, ötən il Avropa İttifaqında 22 min 870 əfqan vətəndaşı barəsində deportasiya qərarı qəbul edilsə də, onlardan cəmi 435-i Əfqanıstana geri qaytarılıb. Dövlətlər bu vəziyyətin qənaətbəxş olmadığını vurğulayaraq, Əfqanıstana könüllü və məcburi qayıdış məsələsinin Aİ səviyyəsində ümumi məsuliyyət kimi qəbul olunmasını zəruri hesab ediblər.

 

Müraciətdə, həmçinin Əfqanıstana deportasiya imkanlarının artırılması məsələsinin nəzərdən keçirilməsi təklif olunub. Xüsusilə ictimai asayişə və milli təhlükəsizliyə təhlükə yaradan şəxslərin geri qaytarılmasına üstünlük verilməsinin vacibliyi vurğulanıb.

 

Belçikanın təşəbbüsü ilə hazırlanmış məktuba Almaniya ilə yanaşı Niderland, Bolqarıstan, Estoniya, Finlandiya, Yunanıstan, İrlandiya, İtaliya, Litva, Lüksemburq, Malta, Avstriya, Polşa, Slovakiya, İsveç, Çexiya, Macarıstan və Kipr də imza atıblar. Norveç də sənədi dəstəkləyən ölkələr arasında yer alır.

 

Qeyd edək ki, Almaniya hökuməti hazırda Əfqanıstana deportasiyalarla bağlı Taliban nümayəndələri ilə danışıqlar aparır. Talibanın hakimiyyətə gəlməsindən sonra Qətərin vasitəçiliyi ilə Almaniyadan Əfqanıstana iki deportasiya həyata keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.