ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi görüş zamanı ukraynalı həmkarı Volodimir Zelenskini Rusiyanın müharibəni dayandırmaq üçün şərtlərini qəbul etməyə çağırıb və xəbərdarlıq edib ki, bunu etməsə, Rusiya lideri Vladimir Putin Ukraynanı məhv edəcək.
Bu barədə "Faynənşl Tayms" öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, görüş zamanı Tramp dəfələrlə mübahisə edib: "ABŞ Prezidenti Ukraynadakı cəbhə xətlərinin xəritələrinə baxmaqdan imtina edib və Zelenskiyə bütün Donbası Putinə verməsini təkid edib, rus liderinin telefon danışığı zamanı söylədiyi fikirləri dəfələrlə təkrarlayıb".
Mənbə əlavə edib ki, Tramp Zelenskiyə müharibəni uduzacağını deyib və xəbərdarlıq edib ki, Putin istəsə, onları məhv edəcək.