
Bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatlarını 184,8 tona çatdırıb.
Senzor.az Fonda istinadən bildirir ki, oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8 % olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faiz bəndi çoxdur.
Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.
Yeri gəlmişkən qeyd edək ki, ARDNF-in aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir.