Pezeşkian: Urmiya İranın Parisi idi, görün, biz onu nə günə qoymuşuq...

İran Prezidenti Məsud Pezeşkian bu gün səhər saatlarında doğulduğu Qərbi Azərbaycan vilayətinə səfər edib.

 

Senzor.az yerki KİV-ə istinadən bildirir ki, Pezeşkian əyalətə səfəri çərçivəsində bir neçə layihənin açılış mərasimində iştirak edəcək.

 

O, Urmiyada keçirilən görüşdə Qərbi Azərbaycanın mərkəzi şəhərinin  çirkləndiyini, ətraf mühitin, təbiətin məhv edildiyini sərt şəkildə pisləyib: "Urmiya bir vaxtlar İranın Parisi idi, indi görün, biz onu nə günə qoymuşuq".

 

Qərbi Azərbaycanın strateji dəyərinə diqqət çəkən Pezeşkian, "Biz bu əyalətdə elita və ekspertləri bir araya toplamalı, onların imkanlarını dəyərləndirməli və strateji plan hazırlamalıyıq" söyləyib.

 

“Urmiya gölünü canlandırmaq üçün bir planımız olmalıdır”, - Prezient əlavə edib.

 

Yağıntıların 40 faiz azaldığını və Urmiya gölünə axan çaylarda su axınının kəsildiyini vurğulayan Pezeşkian deyib: "Bölgəmiz quraqlığa doğru gedir. Mövcud su ehtiyatlarından istifadə edərək bu gölü canlandırmaq üçün bir plan hazırlamalıyıq".

 

Prezident, həmçinin Məhabadda aparılan işlərin vəziyyətindən də narazılıq edib və idarəetmədə ciddi dəyişikliklərin vacibliyini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.