
Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının dondurulmuş 140 milyard avroluq aktivlərinin Ukraynaya yardım üçün istifadəsinə dair qərarını dekabr ayına qədər təxirə salıb.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Bu qərarın Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyətinin saxlanıldığı Belçikanın, kreditlərlə bağlı risklərə görə məsuliyyət daşımayacağına dair zəmanət tələb etməsindən sonra qəbul edildiyi bildirilir.
Agentliyin mənbələrdən əldə etdiyi məlumata görə, İttifaq liderləri Avropa Komissiyasından növbəti sammitdə nəzərdən keçirəcəkləri həll yolları üçün təkliflər hazırlamağı xahiş edib.
Mənbələrin bildirdiyinə görə, məqsəd ilin sonuna qədər yekun razılığa gəlməkdir.
Qeyd edək ki, Belçika, Rusiya aktivlərindən böyük məbləğlərin saxlandığı Belçikanın “Euroclear” maliyyə institutunda yerləşməsi səbəbindən, hüquqi risklərin Aİ ölkələri arasında tam bölüşdürülməsini tələb edir.
Belçika hökuməti bundan başqa vəsaitlərin geri qaytarılması zərurəti yarandığı halda bunun üçün zəmanətlərin verilməsində israr edir.
Bundan əlavə, Belçika istəyir ki, Rusiya aktivlərinin yerləşdiyi digər ölkələr də oxşar addımlar atsınlar.