Almaniya 48 nəfəri Gürcüstana deportasiya etdi

Almaniya Berlində qətlə yetirilən Zelimxan Xanqoşvilinin qardaşı da daxil olmaqla ümumilikdə 48 nəfəri Gürcüstana deportasiya edib.

 

Bu barədə "Deutsche Welle" nəşri məlumat yayıb.

 

Məlumata görə, Brandenburq polisi 2019-cu ilin avqustunda Berlində qətlə yetirilən Zelimxan Xanqoşvilinin ailəsinin Vünsdorf şəhərindəki mənzilinə daxil olub və ailənin 12 üzvünü deportasiya olunmaq üçün Berlin hava limanına aparıb. Deportasiya edilənlər arasında mərhumun qardaşı Zurab Xanqoşvili də olub.

 

Xanqoşvilinin qohumları bildiriblər ki, ailənin vəkilləri deportasiyanın qarşısını almağa cəhd göstərsələr də, buna nail ola bilməyiblər və təyyarə artıq Tbilisiyə yola salınıb.

 

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Sonia Kok deportasiyanı təsdiqləyərək, Berlindən Tbilisiyə ümumilikdə 48 nəfərin göndərildiyini bildirib, lakin deportasiya edilənlərin adlarını açıqlamayıb.

 

“Report” xatırladır ki, Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvili 2019-cu il avqustun 23-də Berlinin mərkəzində qətlə yetirilmişdi. Almaniya məhkəməsi Rusiya vətəndaşı, FTX agenti Vadim Krasikovu bu qətldə təqsirli bilib və ona ömürlük həbs cəzası verib. Almaniya prokurorluğu hadisəni Rusiya hökumətinin sifarişi ilə törədilmiş siyasi qətl kimi qiymətləndirmişdi.

 

2024-cü il avqustun 1-də Rusiya ilə Qərb ölkələri arasında aparılan əsir mübadiləsi çərçivəsində Vadim Krasikov Rusiyaya təhvil verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.