Rusiyada azərbaycanlı generala 9 il həbs cəzası verildi

Rostov-Donun Qarnizon Hərbi Məhkəməsində “Rosqvardiya”nın təchizat idarəsinin rəis müavini, Azərbaycan əsilli general Mirzə Mirzəyevin cinayət işi üzrə proses başa çatıb.

 

 

APA Rusiya Baş Hərbi Prokurorluğuna istinadən xəbər verir ki, məhkəmə külli miqdarda rüşvət almaqda ittiham olunan azərbaycanlı generalı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib.

 

Qeyd edək ki, 53 yaşlı Mirzəyev 2024-cü ilin noyabrında həbs edilib. İttihama görə, o, tez tikilə bilən binalar üçün modulların təchizatçısından 140 milyon rubl tələb edib. Mirzəyev pulun verilməyəcəyi halda 480 milyon rubl dəyərində müqaviləni ləğv etməklə hədələyib. Şirkət Mirzəyevə vəsait köçürüb, o da saxlanılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.