Gürcüstanda bəzi müxalif partiyalar ləğv edilə bilər

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasını və iki parlament qrupunu təmsil edən deputatlar dövlət əleyhinə və antikonstitusion fəaliyyətlərdə iştirakı təsdiq edilmiş siyasi partiyaların qadağan edilməsi üçün Gürcüstan Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili brifinqdə bəyan edib.

 

“Biz “Vahid Milli Hərəkat”, “Dəyişikliklər üçün Koalisiya” və “Lelo – Güclü Gürcüstan” partiyalarının qeyri-konstitusion elan edilməsinin tərəfdarıyıq”, – deyə spiker qeyd edib.

 

Papuaşvili qeyd edib ki, iddianın qaldırılmasına əsas müvəqqəti parlament istintaq komissiyasının rəyi olub.

 

Onun sözlərinə görə, bu komissiya müxtəlif siyasi qüvvələrin, eləcə də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili tərəfindən təsis edilmiş keçmiş hakim partiya “Vahid Milli Hərəkat”ın dövlətə və konstitusiyaya qarşı fəaliyyətləri məsələsini bir neçə ay ərzində araşdırıb: “Konstitusiya Məhkəməsi iddia ərizəsini təmin edəcəyi təqdirdə, qanunvericiliyi pozan siyasi partiyalara və ya onlarla əlaqəli şəxslərə seçkilərdə iştirak etmək qadağan olunacaq. Bu partiyaların üzvlərinə, həmçinin dövlət vəzifələrini tutmaq və yeni partiyalar yaratmaq qadağan ediləcək”.

 

Xatırladaq ki, Konstitusiya Məhkəməsi iddia üzrə qərarı yaxın aylarda verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.