
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə bir daha təbrik edib.
Senzor.az bildirir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram".