Tramp tapşırıq verdi: NÜVƏ SINAQLARI BƏRPA EDİLSİN!

ABŞ Prezidenti Donald Tramp ölkədə nüvə silahı sınaqlarının yenidən başlanması barədə göstəriş verib.

 

Senzor.az bildirir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.

 

Tramp qeyd edib ki, bu qərar digər ölkələrin - xüsusilə Rusiyanın və Çinin apardığı sınaqlara cavab addımıdır.

 

“Bizdə hər kəsdən çox nüvə silahı var. Başqaları sınaq keçirirsə, düşünürəm ki, bizim də bunu etməyimiz doğru olar. Proses dərhal başlayacaq”, – Tramp deyib.

 

O, sınaqların yeri və vaxtı barədə yaxın günlərdə məlumat veriləcəyini bildirib: “Bizim sınaq poliqonlarımız var, bu barədə ayrıca məlumat veriləcək”.

 

Tramp vurğulayıb ki, ABŞ-ın nüvə arsenalı onun ilk prezidentlik dövründə modernləşdirilib.

 

Qərar Rusiya Prezidenti Vladimir Putinin “Burevestnik” və “Poseydon” adlı yeni nüvə sistemlərinin sınaqları barədə açıqlamasından bir neçə gün sonra verilib. ABŞ 1992-ci ildən bəri tammiqyaslı nüvə partlayışı həyata keçirmir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.