Əhməd Əl Şaraa: İsrailin Suriyadan çıxmalı olduğu fikrini Tramp da dəstəkləyir

ABŞ Prezidenti Donald Tramp İsrail ordusunun Suriyadan geri çəkilməli olduğu fikrini dəstəkləyir.

 

Bunu Suriya Prezidenti Əhməd Əl Şaraa amerikalı həmkarı ilə görüşdən sonra “The Washington Post”a müsahibəsində deyib.

 

Onun sözlərinə görə, İsraillə razılaşma əldə etmək üçün hələ qət edilməli çox məsafə var.

 

“Yekun razılaşmaya çatmaq üçün İsrail ötən il dekabrın 8-dən əvvəlki sərhədlərə qayıtmalıdır”, - Suriya Prezidenti vurğulayıb.

 

O bildirib ki, "İsrail Suriyaya təhlükəsizlik qayğılarının həlli üçün yox, işğalçılıq ambisiyalarını həyata keçirmək üçün daxil olub".

 

“İsrail həmişə iddia edir ki, Suriyadakı narahatlıqları İran dəstəkli qruplaşmalar və “Hizbullah”a görədir. Amma biz bu qüvvələri Suriyadan çıxarmışıq. İsrail Suriyanın cənubunda şərtlər qoyur və bunu Colan yüksəkliklərini qorumaq üçün etdiyini  iddia edir. Bir neçə ildən sonra onlar bəlkə də Suriyanın mərkəzini işğal edəcəklər və bunu Suriyanın cənubunu qorumaq üçün etdiklərini iddia edəcəklər. Onlar bu yolla Münhenə qədər gedib çatacaqlar”, - Əhməd Əl Şaraa bəyan edib.

 

Qeyd edək ki, Əhməd ƏL Şaraa Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Hər iki tərəf görüşün uğurlu keçdiyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.