
ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ermənistana səfərini ləğv edib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, ABŞ liderinin oğlu artıq noyabrın 12-də İrəvana getməli idi.
Səfər zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş və "Tramp Marşrutu"nun (TRIPP) Ermənistan hissəsinin tikintisi layihəsinin müzakirəsi planlaşdırılırdı.