
"Gələn ilin büdcəsindən kinoya vəsait ayrılmayıb. Bunun səbəblərini bilmirəm".
Senzor.az bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var: "Belə olan halda kinoya heç bir vəsait ayrılmaması çox ciddi təhlükə yaradır. Çünki kino elə bir istehsaldır ki, orada elə mütəxəssislər çalışır ki, onlar olmasa, kino yaratmaq mümkün olmayacaq. Bunun üçün də bu sahəyə büdcə ayrılması önəmlidir”.