
ABŞ prezidenti Donald Tramp cümə günü keçirdiyi tibbi müayinənin bir hissəsi olaraq maqnit rezonans tomoqrafiyasından (MRT) keçdiyini bildirib və testi "çox yaxşı" adlandırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“MRT çox standart bir testdir. Sizcə, mən bunu etməməliyəm? Başqaları da bunu başa düşür... Mən MRT etdirdim. Həkim dedi ki, bu, onun tibbi karyerasında indiyə qədər gördüyü ən yaxşı nəticədir",- Tramp bildirib.
“Başımı ya ürəyimi yoxladıqlarını bilmədim. Amma müayinə gözəl aparıldı”, - deyə ABŞ lideri əlavə edib.