Tramp BBC-yə qarşı 5 milyard dollaradək məbləğdə iddia qaldıracaq

ABŞ Prezidenti Donald Tramp "Panorama" proqramında çıxışının təhrif edildiyinə görə BBC yayım korporasiyasına qarşı bir milyard dollardan beş milyard dollaradək məbləğdə iddia qaldıracağını bildirib.

 

"Kommersant" xəbər verir ki, Tramp bu barədə açıqlamanı jurnalistlərə təyyarədə verib.

 

"Biz bunu etməliyik, onlar etiraf edirlər ki, fırıldaq işlədiblər. Onlar işlətdiyim sözləri dəyişiblər" , - deyə o vurğulayıb. Tramp artıq gələn həftə yayım korporasiyasına qarşı iddia qaldırmağı planlaşdırdığını qeyd edib.

 

Xatırladaq ki, qalmaqal redaktorların Trampın keçən il "Panorama" proqramında çıxışını montaj etdikdən sonra yaranıb. Nəticədə elə təəssürat yaranıb ki, 2021-ci ildə Kapitoliyə hücum zamanı prezident iğtişaşlara və zorakılığa çağırış edib.

 

Noyabrın 14-də BBC ABŞ Prezidentindən üzr istəyib, lakin ona kompensasiya ödəməkdən imtina edib. Eyni zamanda, qalmaqal BBC-nin baş direktoru Tim Deyvin və xəbərlər şöbəsinin rəhbəri Debora Ternessin istefası ilə nəticələnib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.