
Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik.
Senzor.az bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında deyib.
Kasım-Jomart Tokayev əmin olduğunu bildirib ki, Azərbaycan bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.