
"İran hazırda uranın zənginləşdirilməsi ilə məşğul deyil. Buna səbəb bu sahədəki bütün infrastrukturun hücumlara məruz qalmasıdır".
Senzor.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
Onun sözlərinə görə, ölkədə uran zənginləşdirilməsi tam olaraq dayandırılıb və bütün müvafiq obyektlər zədələnib.
Nazir həmçinin bildirib ki, İranda “heç bir qeyri-bəyannaməli nüvə obyekti yoxdur” və bütün mövcud obyektlər Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumdur.