
Banqladeşin sabiq Baş naziri Şeyx Hasina bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilərək məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
Bu barədə BBC məlumat yayıb.
Xüsusi tribunalın hakimi Qolam Mortuza Mozumder bildirib ki, ittiham olunan sabiq Baş nazir ötən il hökumət əleyhinə etirazları yatırmaq üçün dronlar, vertolyotlar və ölümcül silahlardan istifadə olunması əmri verərək cinayətlər törədib.
BMT-nin məlumatına görə, həmin hadisələrdə təxminən 1 400 nəfər həlak olub, onların əksəriyyəti təhlükəsizlik qüvvələrinin atəşindən ölüb.
Şeyx Hasina məhkəmədə iştirak etməyib, çünki hazırda Hindistanda mühacirətdə yaşayır. O, 2024-cü ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra bu ölkəyə sığınıb.