“ABŞ Zelenskini əvəzləmək istəyir” –
UKRAYNANIN KEÇMİŞ BAŞ NAZİRİ

“ABŞ administrasiyası aktiv şəkildə Prezident Volodimir Zelenskini əvəzləyə biləcək siyasi fiqur axtarır”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın sabiq Baş naziri Nikolay Azarov sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, buna səbəb Zelenski hakimiyyətinin iki istiqamətdə uğursuzluğa düçar olmasıdır: “Hakimiyyət cəbhədə Rusiya qüvvələrinə qarşı ardıcıl məğlubiyyətlər və ölkə daxilində misli görünməmiş korrupsiya qalmaqalları ilə çalxalanır”.

 

Azarov iddia edib ki, bu proses çərçivəsində Zelenski kabinetinin müxtəlif üzvləri ABŞ-a çağırılıb: “Artıq yarım ildir ki, amerikalılar Kiyevdən müəyyən siyasətçilərlə aktiv şəkildə görüşlər keçirir. Onlar bu şəxslər haqqında təsəvvür formalaşdırır, Zelenskini əvəzləyə biləcək uyğun adam axtarırlar”.

 

Qeyd edək ki, Nikolay Azarov Viktor Yanukoviçin prezidentliyi dövründə – 2010–2014-cü illərdə Ukraynanın Baş naziri olub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.