
Ukrayna üzrə istənilən sülh planında Avropa da iştirak etməlidir.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.
“Biz Ukraynada davamlı sülhü dəstəkləyirik. Amma istənilən sülh planının nəticə verməsi üçün Ukrayna və Avropa bu planın tərkibində olmalıdır”, - Kallas vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl bəzi media orqanlarında ABŞ və Rusiya arasında gizli olaraq Ukrayna ilə bağlı sülh planının işlənib-hazırlanması və bu planda Avropanın olmaması barədə xəbərlər yayılıb.