
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsini ölkə Prezidenti Məsud Pezeşkiana təqdim edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, məlumatı ilk öncə parlament sədri Məhəmməd Baqir Qalibafın nəzarətində olan "Sobh-e no" qəzeti yayıb.
Nəşrin iddiasına görə, M.R.Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Pezeşkianın istefa ərizəsini qəbul etmədiyi bildirilir.
Xəbəri yayan nəşr bildirib ki, onun istefa qərarında Prezident Administrasiyasının digər üzvləri - icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb.
