Dörd ölkənin liderləri Trampın Ukrayna ilə bağlı sülh planını müzakirə etdilər

Almaniya Kansleri Fridrix Merts Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışıqlarında Ağ Evin başçısı Donald Trampın sülh planını müzakirə edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə AFR hökumətinin rəsmi saytı məlumat yayıb.

 

"Dörd lider ABŞ-ın Ukraynada müharibənin dayandırılması səylərini alqışlayıb", - deyə məlumatda qeyd olunur.

 

Sözügedən ölkələrin liderləri bildiriblər ki, onlar Ukraynanın suverenliyinə sadiq olmaqla bərabər, Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri də verməyə hazırdırlar. Bundan əlavə, tərəflər vəd ediblər ki, bu məsələ ilə bağlı fəaliyyətlərini bir-biri və habelə avropalı tərəfdaşlarla, Vaşinqtonla sıx əlaqələndirəcəklər.

 

Bundan əlavə onlar uzunmüddətli perspektivdə Avropa və Ukraynanın həyati əhəmiyyətli maraqlarının müdafiəsini təmin etmək səylərini davam etdirməyi öz öhdələrinə götürürlər.

 

Tərəflər həmçinin qeyd ediblər ki, Avropa dövlətlərinə, Aİ-yə və ya NATO-ya aidiyyəti olan hər hansı bir razılaşma avropalı tərəfdaşların razılığını və ya müttəfiqlər arasında konsensus tələb edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.