Bolton Trampın sülh planını kəskin tənqid etdi: “BU, UKRAYNANIN SATILMASIDIR”

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Donald Tramp administrasiyası tərəfindən hazırlanan 28 bəndlik Ukrayna üzrə sülh planını kəskin tənqid edib.

 

Bu barədə "The Hill" məlumat yayıb.

 

Boltonun sözlərinə görə, plan Ukraynanın mövqeyini zəiflədir və Rusiyanın maraqlarına uyğundur: “Ruslar bundan yaxşı sənəd yaza bilməzdilər. Bu, Ukraynanın satılmasıdır. Kim düşünürdüsə ki, Tramp Kiyevi dəstəkləyir, o, yanılır. Ona fərqi yoxdur”.

 

O əlavə edib ki, Tramp üçün bu plan daha çox “Nobel Sülh Mükafatına gedən yolun bir hissəsidir”.

 

Bolton sənədi İkinci Dünya müharibəsi ərəfəsində Böyük Britaniyanın keçmiş baş naziri Nevill Çemberlenin yumşaltma siyasəti ilə müqayisə edib: “Bu plan təcavüzü mükafatlandırır. Ukrayna bunu qəbul etsə, bu, Rusiya və Çin üçün (zor tətbiqi ilə) uğur qazanmağın mümkün olduğuna dair siqnal olacaq”.

 

Bolton Zelenskiyə və ABŞ-dakı müşavirlərə çağırış edib ki, sadə düzəlişlərlə kifayətlənməsinlər, planın tam yenidən işlənməsinə nail olsunlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.