Ukraynanın taleyi öz əlindədir - FON DER LYAYEN

Ukraynanın əraziləri və silahlı qüvvələrinin sayı ilə bağlı məsələyə Kiyevdə qərar verilməlidir.

 

Xarici KİV bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib.

 

“Bizim irəliləmək üçün əsas Avropa prinsiplərimiz belədir: Ukraynanın ərazisinə və suverenliyinə hörmət edilməlidir. Ukrayna, suveren dövlət olaraq, öz silahlı qüvvələri ilə bağlı yalnız özü qərar verə bilər. Onların gələcək taleyi öz əllərindədir”, - deyə o bildirib.

 

Xatırladaq ki, noyabrın 23-də Cenevrədə  Rusiya-Ukrayna münaqişəsinin ABŞ-ın təklif etdiyi sülh planı çərçivəsində nizamlanması ilə bağlı danışıqlar aparılıb.

 

Yeni təklifə əsasən, Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi, yeni sərhədlərin və bufer zonasının müəyyənləşdirilməsi, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlərin tətbiqi və Rusiyanın dondurulmuş aktivlərindən istifadə nəzərdə tutulur. Bununla yanaşı, plana Kiyev üçün təhlükəsizlik zəmanətləri də daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.