Mərhum dövlət katibi Tofiq İsmayılovun oğluna
HÖKM OXUNDU

Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham edilən digər şəxslərin məhkəmə prosesi keçirilib.

 

Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanova 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

 

M.İsmayılovun bacısı Səbinə İsmayılova vəfat etdiyi üçün ona cəza təyin edilməyib.

 

Şərti cəza verilənlərin dəyən ziyanı ödədikləri bildirilib. Bundan başqa, hökmə əsasən, M. İsmayılovun bağ evi müsadirə olunacaq.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər 1 milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

 

Qeyd edək ki, Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.