ABŞ-da Trampa qarşı bütün cinayət işlərinə
XİTAM VERİLDİ

Corciya məhkəməsi ABŞ Prezidenti Donald Tramp və onun komandasına qarşı 2020-ci il seçkisinin nəticələrinə etiraz etmək cəhdləri ilə bağlı cinayət işinə xitam verib.

 

TASS bildirir ki, Fulton dairə məhkəməsi prokurorun Trampa qarşı əvvəllər irəli sürülən ittihamları, o cümlədən saxtakarlıq və dövlət məmurunu vəzifə andını pozmağa təhrik etmə cəhdi, eləcə də mütəşəkkil cinayətkarlıqla mübarizə üçün nəzərdə tutulmuş qanununu pozmaq ittihamlarının rədd edilməsinə dair vəsatətini təmin edib.

 

Beləliklə də, ABŞ-da ölkə liderinə qarşı açıq məhkəmə işi qalmayıb.

 

Xatırladaq ki, demokrat Co Baydenin prezidentliyi dövründə Trampa qarşı ümumilikdə dörd cinayət işi qaldırılıb. Bu gün xitam verilən məhkəmə işi ilə yanaşı, hazırkı dövlət başçısı məxfi sənədləri düzgün saxlamamaqda, 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, qanunsuz hərəkətlərlə hakimiyyəti qorumağa cəhd etməkdə və keçmiş porno aktrisaya susması üçün ödənişlər etməkdə ittiham olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.