
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 27-də jurnalistlərlə söhbəti zamanı ermənilərlə azərbaycanlılar arasındakı dialoq məsələsinə toxunub.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Baş nazir bu dialoqun ermənilər və azərbaycanlılar arasında ritorikanı dəyişdirməyə yönəldiyini bildirib.
N.Paşinyanın fikrincə, ekspertlərin iki görüşü 37 illik münaqişənin bütün problemlərini həll edə bilməz, dəyişikliklərin baş verməsi üçün proses olmalıdır.
"Dialoqun olmaması nəticəsində Ermənistan sakinləri elə düşünürlər ki, Azərbaycanın müəyyən dairələrinin ritorikasında heç nə dəyişməyib, azərbaycanlılar isə hesab edirlər ki, Ermənistanın müəyyən dairələrinin ritorikasında heç nə dəyişməyib", - deyə Paşinyan vurğulayıb.