Hakan Fidan: Putin müəyyən şərtlərlə atəşkəsə hazırdır

"Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə və hərtərəfli sülh razılaşmasını qəbul etməyə hazırdır".

 

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı müzakirə edilən sülh sazişi təkcə Ukraynadakı müharibəni başa çatdırmaq üçün deyil, həm də bütün Avropada davamlı sabitlik baxımından önəmlidir: "Rusiya və Ukrayna hökumətlərinin sülh sazişi üçün istəklərinin getdikcə artdığını müşahidə edirəm. Bu müharibə Rusiyaya iqtisadi və sosial baxımdan zərər verir. Sülh sazişi əldə olunarsa, bölgədə 70 il, bəlkə də daha çox müddətə sülh təsis edilə bilər".

 

Fidan xatırladıb ki, Türkiyə Suriya və Liviyada Rusiya ilə birbaşa üz-üzə gəlib: "Bu baxımdan Avropa ölkələri ilə Rusiya tərəfindən hibrid hücumlar kimi bir çox oxşar təcrübələr yaşadıq. Lakin Avropadan fərqli olaraq Rusiya ilə dialoqu heç vaxt dayandırmadıq".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.