Mayamidə Ukrayna -ABŞ danışıqları başa çatdı - ÇƏTİN VƏ HƏSSAS PROSES...
VİDEO

Florida ştatının Mayami şəhərində keçirilən Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, tərəflər danışıqların əsas məqsədini yalnız döyüş əməliyyatlarının dayandırılması deyil, həm də Ukraynanın "bir daha heç vaxt işğala məruz qalmayacağı" şəraitinin yaradılması kimi müəyyən ediblər. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov danışıqlardan sonra bəyan ediblər.

 

Dövlət katibi görüşü Cenevrədə aparılan danışıqların səmərəli davamı adlandırıb və Vaşinqtonun məqsədinin sadəcə müharibəni bitirməkdən ibarət olmadığını vurğulayıb.

 

"Biz Ukraynanın daimi olaraq təhlükəsiz olmasına, bir daha heç vaxt işğalla üzləşməməsinə yardım etmək istəyirik... Arzumuz odur ki, Ukrayna xalqı bu müharibədən təkcə ölkəni bərpa etməklə deyil, onu tarixində olduğundan daha güclü və daha varlı hala gətirərək çıxsın", – Rubio bildirib.

 

Rubio prosesi "çətin və həssas" adlandırıb. O həmçinin diplomatik səylərin növbəti mərhələsini elan edərək xüsusi nümayəndə Stiv Uitkoffun bu həftənin sonlarında Moskvaya gedəcəyini açıqlayıb.

 

Bundan əlavə, Rubionun sözlərinə görə, ABŞ müxtəlif səviyyələrdə Rusiya tərəfi ilə əlaqə saxlayır və onların baxışlarını "kifayət qədər yaxşı anlayır".

 

Umerov isə danışıqların uğurunu təsdiqləyib və ABŞ komandasına gördükləri iş üçün təşəkkür edib.

 

"Biz Ukrayna və Ukrayna xalqı üçün bütün vacib məsələləri müzakirə etdik və ABŞ qeyri-adi dərəcədə dəstək göstərdi. Hədəfimiz çiçəklənən və güclü Ukraynadır", – o vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.