Əli Kərimlinin müşaviri barədə də həbs-qətimkan tədbiri seçildi
YENİLƏNİB

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata baxılıb.

 

Senzor.az bildirir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, M. İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, M.İbrahim Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.

 

O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.


**13:30


AXCP-nin üzvü Məmməd İbrahimin hansı maddə ilə ittiham edildiyi bəlli oldu.

 

Senzor.az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırladaq ki, Məmməd İbrahimin adı "Ramiz Mehdiyev işi"ndə hallanır. Bu iş üzrə AXCP sədri Əli Kərimli də eyni maddə ilə ittiham olunub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.