Tramp: “Əhməd, sən böyük lider olacaqsan”

ABŞ Prezidenti Donald Tramp Suriyanın dövlət başçısı Əhməd Əl Şaraaya dəstəyini təsdiqləyən məktub göndərib.

 

"Al Arabiya"nın məlumatına görə, məktub ABŞ-ın Dəməşqdəki səfiri Tom Barrak tərəfindən şəxsən çatdırılıb.

 

Məktuba ötən ay Oval kabinetdə Tramp və Əl Şaraanın görüşündən çəkilmiş foto da əlavə edilib. Barrak bu həftə Dəməşqdə Suriya lideri və digər rəsmilərlə danışıqlar aparıb. Danışıqların əsas mövzuları ABŞ-ın dəstəklədiyi kürd qüvvələri ilə münasibətlərin tənzimlənməsi, ölkədəki etnik qrupların təhlükəsizliyi və İsrailin davam edən hava hücumları olub.

 

Ərəb mediasının iddiasına görə, Tramp məktubda belə yazıb: “Əhməd, sən böyük lider olacaqsan və Amerika sənə kömək edəcək!”

 

ABŞ Prezidenti həmçinin İsraili Suriya ilə dialoqu davam etdirməyə çağırıb. O, "Truth Social"da paylaşdığı mesajda bölgədə sabitliyin vacibliyini vurğulayıb: “İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirməlidir. Suriyanın çiçəklənən dövlətə çevrilməsinə mane olacaq heç nə baş verməməlidir.”

 

Məlumata görə, bu paylaşım Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.