
İsrailin Baş naziri Benyamin Netanyahu öz hərbi katibi general-mayor Roman Qofmanı kəşfiyyat xidməti olan "Mossad"ın yeni direktoru təyin edib.
Bu barədə "The Times of Israel" qəzeti Netanyahunun ofisinə istinadən məlumat yayıb.
“Bir sıra namizədlərlə söhbət apardıqdan sonra, Baş nazir Benyamin Netanyahu özünün hərbi məsələlər üzrə köməkçisi general-mayor Roman Qofmanı “Mossad”ın rəhbəri vəzifəsinə seçib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, kəşfiyyat orqanının hazırkı rəhbəri David Barneanın vəzifə müddəti gələn ilin iyun ayında bitəcək.
Rusiya KİV-ləri qeyd edirlər ki, Qofman 1976-cı ildə Belarusda anadan olub, 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə repatriasiya edilib və burada hərbi karyerasına başlayıb.