
Mayor Tomas Şorland Boll Böyük Britaniyanın Ermənistanda rezident müdafiə məsələləri üzrə ilk attaşesi təyin edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
"Bu tarixi addım Birləşmiş Krallıq və Ermənistan arasında tərəfdaşlığın artan möhkəmliyini əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək", - səfirliyin bəyanatında deyilir.