Trampa verilən mükafatın müəllifi azərbaycanlı imiş... - FOTO

Dünən Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı ABŞ Prezidenti Donald Trampa təqdim edilən FİFA Sülh mükafatı ilə bağlı maraqlı məqam məlum olub.

Modern.az-ın məlumatına görə, Trampa verilən tunc mükafat Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələr və arzular” adlı məşhur əsərinin miniatür variantıdır.

Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır.

Əli İbadullayev də Rəssamlar İttifaqının üzvüdür.

Fotoda: Səlhab Məmmədov və Əli İbadullayev

Hündürlüyü 4 metr olan abidə hazırda Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşir.

1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.

Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə abidə BMT-yə hədiyyə verilib.

Qeyd edək ki, FİFA bu mükafatı ilk dəfə təsis edib. FIFA rəhbəri Canni İnfantino çıxışında Trampın “sülh naminə gördüyü fövqəladə işləri” xüsusi qeyd edib. Onun sözlərinə görə, ABŞ Prezidenti “insanları birləşdirmə səyləri və dünya üzrə sülhün qorunması üçün atdığı addımlara görə”, hətta Nobel Sülh Mükafatına layiq görülməli idi.

“Bu addımınıza və bu yolda əldə etdiklərinizi nəzərə alaraq, siz tamamilə FİFA-nın ilk Sülh Mükafatını haqq edirsiniz”, - İnfantino bildirib.

D. Tramp isə çıxışında diplomatik təşəbbüsləri sayəsində “on milyonlarla insanın həyatını xilas etdiyini”, bir çox münaqişələrin “başlamadan qarşısını aldığını” deyib.

“Bu mənim həyatımın ən böyük şərəflərindən biridir”, - ABŞ Prezidenti vurğulayıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.