
Baş nazir Nikol Paşinyan Ermənistanın dövlət bayrağının kilsələrin yaxınlığında yerləşdirilməsi məsələsini müzakirə etməyi təklif edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, sosial şəbəkə hesablarında yazıb.
“Mən hesab edirəm ki, ibadətdən əvvəl dövlət himninin səsləndirilməsi, Ermənistan Respublikasının ərazisindəki kilsələrin girişində və ya içərisində Ermənistan dövlət bayrağının olması məsələsi də müzakirə edilməlidir, bu, bir sıra ölkələrdə qəbul edilir”, - Paşinyan qeyd edib.